Müdrik Kəlamlar | Mənalı və Hikmətli


Həqiqi sevgi səhər şəfəqi kimi işıqlı, qəbir kimi laldır.
– Viktor Hüqo


 

  • Səni çiçək açmağa,azadlığa aparacaq şey sadəcə sənin səsindir.– Oşo
  • Oxunacaq ən böyük kitab insandır. – Hacı Bəktaş Vəli
  • Vərdiş zəncirləri, əvvəl eşidilməyəcək qədər yüngül, sonra qırılmayacaq qədər güclü olur.– Artur Şopenhauer
  • Hər ümidsizlikdə bir ümid, hər qаrаnlıqdа bir işıq yаşаyır…– Hüseyn Cavid
  • Həyat öz taleyini izləyənlərə səxavətli olur. – Paulo Koelyo
  • Əsəri olmayan alim barsız ağacdır. – Sədi Şirazi
  • Günəş buzu əritdiyi kimi, gözəl əxlaq da günahları əridər. – Cəfər Sadıq
  • Dostluq əntiq əşya kimidir – zaman ötdükcə qiyməti artır. –İ. V. Höte

  • Üzr istəmək sənin haqsız, qarşı tərəfin isə haqsız olması demək deyil. Ona verdiyin dəyərin eqondan yüksək olduğunu göstərir. –Siqmund Freud
  • Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır. – Konfutsi
  • Bilik sizə güc verər, ancaq hörməti xarakterinizlə qazanarsınız. –Brüs Li
  • Heç bir zaman bir insanı mühakimə etməyin, o vaxta qədər ki, siz uzun bir yolu onun çəkmələri ilə qət etməmisinizsə.– Lao–Tszı
  • Həyat dənizdə bir səyahətdir ki, biz burada eyni kiçik bir gəmidə rastlaşırıq. Ölməklə biz sahilə çatır və başqa–başqa aləmlərə yönəlib bir–birimizdən ayrılırıq… –Rabindranat Taqor
  • Nəhənglər kimi əsərlər yaratmaq üçün, qarışqalar kimi çalışmaq lazımdır.– Nəcib Fazil Qısakürək
  • Süleyman mülkünü axtarma ki, o, hardadır,Mülk elə həmin mülkdür, bəs Süleyman hardadır?– Nizami Gəncəvi
  • Sən eşitdiklərinə inanırsan; söylənməyənə inan! Çünki insanın səssizliyi, sözlərdən daha yaxındır həqiqətə. – Cübran
  • Bilmək kifayət deyil,bildiklərimizi tətbiq etməliyik.Arzulamaq kifayət deyil,arzularımızı həyata keçirməliyik. – İ. V. Höte
  • Nadan xoşbəxtliyi uzaqlarda axtarır, müdrik isə onu öz yanında yetişdirir. –C.Oppenheym
  • Sən yanmasan, mən yanmasam, biz yanmasaq necə çıxar qaranlıqlar işıqlığa? – Nazim Hikmət
  • DUA'sız üşüyərmiş ürəklər. Sənə bir DUA edən olsun, sənin də bir DUA etdiyin. Bilməzsən hansı sınıq ürəyin DUA'sıdır qaranlıqlarını işıqlı edən. – Mövlana
  • Sözün qiymətini " Lal " olandan, Çörəyin qiymətini " Aç " olandan, Eşqin qiymətini " Heç " olandan öyrənməli insan… – Ş. Təbrizi
  • Sənə vüqar bəxş edən sükut, sənə ar paltarı geydirəcək danışmaqdan yaxşıdır. – Hz. Əli.(ə.)
  • Allahın ən gözəl əsəri könüldür.Qalan hər şey ancaq əsərin əsərləridir. – Mövlana
  • Əsl sual ölümdən sonra həyatın olub-olmaması deyil. Əsl sual ölümdən əvvəl sizin canlı olub-olmamağınızdır.
    Oşo

Müdrik Kəlamlar | Mənalı və Hikmətli



Müdrik Kəlamlar | Mənalı və Hikmətli mudrik kelamlar

Biz elə bir məxluqlarıq ki,bəzən mələklər insan olmadıqlarına görə üzülür,bəzən də şeytanlar insan olmadıqlarına görə şükür edirlər. –Mövlana Cəlaləddin Rumi

 

  • Bu gün cəsarət etmədiyin üçün edə bilmədiyin şeyləri, sabah zamanın olmadığı üçün etməyə bilərsən. – Paulo Koelyo
  • Həyat insanın başını xırdalıqlarla qatmasaydı, insan varlığı heyrətdən yox olardı. –Xudu Məmmədov
  • Böhtan və yalanı düşman sifariş verir, münafiq düzəldir, sadəlövh yayır, camaat da qəbul edir. –Ali Şeriati (Əli Şəriəti)
  • Sizdəki üç şeyi görə bilən insanlara güvənin; Gülüşünün ardındakı kədəri, hirsinizin ardındakı sevgini, səssizliyinizin ardındakı səbəbi… –Ts Eliot.
  • İnsanlar sünbüllərə bənzəyirlər, içləri boş ikən başları havadadır, dolu ikən isə aşağıda.  –Aristotel.
  • Dünyanı dərk etmək üçün elm, dünyanı duymaq üçün poeziya var. Fəlsəfə isə duyğulu idrak və poetik səviyyəyə qalxmış elmdir. –Səlahəddin Xəlilov
  • Güc qaranlıqda qorxunc görünür; onun nəcabəti ancaq xidmət etdiyi amalın işığında üzə çıxır. –Əbu Turxan.
  • İnsanların çoxu itirməkdən qorxar, sevməkdən qorxduğu üçün...Düşünməkdən qorxar, məsuliyyət gətirəcəyi üçün...Danışmaqdan qorxar tənqiddən qorxduğu üçün...Duyğularını ifadə etməkdən qorxar, rədd edilməkdən qorxduğu üçün...Yaşlanmaqdan qorxar,gəncliyinin qiymətini bilmədiyi üçün...Unudulmaqdan qorxar, dünyaya yaxşı bir şey vermədiyi üçün...Və ölmekdən qorxar, yaşamağı bilmədiyi üçün...– V.Şekspir
  • Həyatı yaşamanın iki yolu var. Biri heç bir şey möcüzə deyilmiş kimi yaşamaq… Digəri hər şey möcüzəymiş kimi yaşamaq. –Albert Eynşteyn

Aşiq olmaqla sevmək arasındakı fərqi soruşmuşlar? Cavablandırmış Şəms: Sənin baxdığına hər kəs baxar, amma sənin onda görə bildiyini hər kəs görə bilməz. Hər kəs aşiq ola bilər, amma heç kəs sənin kimi sevə bilməz. Tək fərq sənsən. – Şəms Təbrizi

 


 

 

0 şərh